Banqladeşdə zavod yandı: 13 ölü

Banqladeşin paytaxtı Dəkkədə plastik qab istehsal edən zavodda yanğın baş verib. Yanğın nəticəsində azı 13 nəfər ölüb, onlarla insan xəsarət alıb. Binanın aşağı qatlarında başlayan alov bir qədər sonra yuxarı mərtəbələrə də keçib.

Rəsmilər yanğın zamanı zavodda 70-ə yaxın işçinin olduğunu bildiriblər. Onların taleyi barədə hələlik heç bir açıqlama verilmir. Yanğının başvermə səbəbi də hələlik dəqiq məlum deyil. Lakin polis zavodun istixanasında baş vermiş partlayışın yanğına səbəb olduğunu ehtimal edirlər.

Banqladeşdə istehsalatda tez-tez müşahidə olunan qəzalar çoxlu sayda insanların ölməsi ilə nəticələnir.

Sonuncu dəfə 2013-cü ildə toxuculuq fabrikinin uçması nəticəsində 1100-dən çox insan ölmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə