Rusiyada qızılın hasilat göstəriciləri ötən il təxminən 10% artıb. SİA-nın məlumatına görə, 2014-cü ildə qiymətli metalın istehsalı 272 ton təşkil edib, 2013-ci ildə isə istehsal həcmi 248,8 ton idi. Nəticədə Rusiya qızıl hasilatının həcminə görə dünyada reytinqində 2-ci yeri tutub. Çin qızıl hasilatı üzrə lider olub- bu ölkədə, qiymətli metalın istehsalı 6% artaraq 465,7 ton təşkil edib. Qiymətli metalın hasilatı üzrə 3-cü yeri isə Avstraliya - bu ölkədə illik istehsal göstəriciləri 269,7 tona çatıb.
Qeyd edək ki, iri qızıl ehtiyatlarına malik ölkələrdən istehsalın ən kəskin azalması CAR-da müşahidə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB