Uşaqlarını sakitləşdirə bilməyən ana onların boğazını kəsdi Şok hadisə
Amerikanın paytaxtı Vaşinqtonda gənc ana övladlarının ölümündən dolayı gündəmə gəlib. SİA-nın məlumatına görə, ana uşaqlarını sakitləşdirmək üçün üç övladının boğazını kəsib. Belə ki, Kristina Bot 911 nömrəsinə təcili yardım üçün müraciət edərkən həkimlərə 3 övladının boğazını kəsdiyini deyib. 28 yaşlı ananın boğazını kəsdiyi 2 uşağı isə əkizdir. Böyük uşaq 2 yaşındadır. Əkizlər isə cəmi 6 aylıqdır.
Qeyd edək ki, boğazı kəsilən uşaqlar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti ağır olaraq qiymətləndirilir. Ana Kristina Bota isə depressiv vəziyyət diaqnozu qoyulub. Hadisə ilə əlaqədar Amerika polis orqanları cinayət işi açıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB