Minlərlə aviareys təxirə salındı
Güclü qar həyatı iflic etdi

ABŞ-da şərq sahillərinə yaxınlaşan güclü qar çovğunu ilə əlaqədar 3,5 mindən artıq təyyarə reysi təxirə salınıb. ABC telekanalının "FlightAware.com" saytına istinadən verdiyi məlumata görə, bazar ertəsi yerli vaxtla səhər saat 05 radələrinə olan vəziyyət üzrə iki minə yaxın uçuş təxirə salınıb. Bundan əlavə, çərşənbə axşamına daha 1672 reys ləğv edilib. Çovğunun bazar ertəsi axşam saatlarında daha da güclənəcəyi gözlənilir.

Ağ Evin rəsmisi Coş Ernest deyib ki, hazırda Hindistanda səfərdə olan ABŞ Prezidenti Barak Obama yaxınlaşmaqda olan qar çovğunu barədə məlumatlandırılıb. O da bildirilib ki, dövlət başçısının administrasiyası yağan güclü qarın yaratdığı problemlərin aradan qaldırılması üçün qüvvələrin səfərbər edilməsi məqsədilə yerli hakimiyyətlərlə əlaqə saxlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə