Şimal Atlantik Alyansı (NATO-red.) bu quruma məxsus hərbi bazaların, eləcə də raket əleyhinə müdafiə sistemlərinin Ukraynada yerləşdirilməsi xəbərlərini "qondarma fikir" adlandırıb. SİA "vzqlyad.ru"ya istinadən xəbər verir ki, bu barədə NATO-dakı mənbə Rusiya saytlarından birinə verdiyi açıqlamasında bildirib. "Bu barədə danışılanlar sadəcə boşboğazlıqdır. Hansı səbəbə görə? Əgər Ukrayna NATO-ya üzv olsaydı, bu barədə danışa bilərdik. Lakin indi heç kim bu barədə bir kəlmə də olsun danışmır"-deyə, mənbə qeyd edib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB