Ukrayna matəm içindədir

Yanvarın 25-i Mariupolda həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq matəm elan edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidenti Petro Poroşenko fərman imzalayıb.

Fərmanda deyilir ki, terrorçuların yanvarın 24-də Mariupol şəhərini intensiv atəşə tutması nəticəsində həlak olan sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq yanvarın 25-i Ukraynada matəm günü elan edilsin.

Xatırladaq ki, Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərinin ötən gün separatçılar tərəfindən atəşə tutulması nəticəsində 30 dinc sakin həlak olub, 86 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə