Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərinin separatçılar tərəfindən "Qrad" qurğularından atəşə tutulmasından sonra NATO və Avropa Birliyi Rusiyadan separatçılaraq yardımı dayandırmasını istəyib. Bu barədə SİA xarici mətbuata istinadən xəbər verir.
NATO-nun baş katibi Jens Stoltenbergin yazılı açıqlamasında bildirib ki, son bir neçə ayda Ukraynanın şərqində rus əsgərlərinin, tanklarının, toplarının, müasir hava hücumundan müdafiə sistemlərinin artdığı müşahidə edilir: "NATO Rusiyanı separatçılara hərbi, siyasi və maliyyə dəstəyini dayandırmağa, Ukraynada sabitliyi pozmamağa və beynəlxalq öhdəliklərinə əməl etməyə çağırır".
Qeyd edək ki, Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərinin yanvarın 24-də separatçılar tərəfindən "Qrad" qurğularından atəşə tutulması nəticəsində 30 dinc sakin həlak olub, 86 nəfər yaralanıb. Həlak olanlardan 2-si uşaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB