II Yelizaveta ən yaşlı monarx oldu

II Yelizaveta ən yaşlı monarx oldu

Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdül Əziz Əl Səudun ölümündən sonra, Böyük Britaniyanın kraliçası II Yelizaveta dünyanın ən yaşlı monarxı olub. SİA xəbər verir ki, bu barədə "TheTelegraph" yazır.

91 yaşında ölən Səudiyyə Ərəbistanınn kralı II Yelizavetadan iki yaş böyük olub. Böyük Britaniya kraliçası aprelin 21-də 89 yaşını qeyd edəcək. Onu Malayziyanın 87 yaşlı kralı Əbdül Xalim Müəzzəm Şah və Tailandın kralı Pumpion Adulyadet izləyir.

Nəşr eyni zamanda qeyd edir ki, II Yelizaveta bu il daha bir rekord vura bilər. Belə ki, onun öz taxt-tacında ən uzun müddət qalan monarx kimi tarixə düşmək şansı var. "NBS"telekanalı isə bildirir ki, Yelizavetaya qədər isə ən çox taxt-tacında qalan kraliça Viktoriya olub. O, 63 il, 7 ay və 3 gün–1837-ci ilin 20 iyunundan, 1901-ci ilin yanvarına qədər kraliçalıq edib. Beləliklə, 6 fevral 1952-ci ildə taxt-taca yiyələnən II Yelizaveta öz nənəsinin rekordunu qırmaq üçün sentyabrın 10-a qədər şahzadəlik etməlidir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə