Meksikada qeyri-adi hadisə baş verib

Meksikada qeyri-adi hadisə baş verib

Meksikanın Tijuana şəhərində yerləşən bir parka narkotik maddə daşıyan pilotsuz təyyarə düşüb. SİA-nın xarici mətbuata istinədən verdiyi xəbərə görə, narkotik maddə dövriyyəsində bu üsul qeyri-adi bir üsul kimi diqqəti cəlb edib. Meksika polisi, pilotsuz təyyarənin San Diego şəhərinin sərhədinə təxminən iki kilometr uzaqlıqda bir sahəyə düşdüyünü deyib. Amerika Birləşmiş Ştatlarına getməsi nəzərdə tutulan təyyarə daşıdığı narkotik vasitənin çəkisinin çox olması səbəbindən yarı yolda qəzaya uğrayıb. ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin səlahiyyətli nümayəndəsinin verdiyi açıqlamaya görə, 2012-ci ildən bu yana Meksikadan ABŞ-a hava vasitəsilə 150 dəfə narkotik maddə qaçırmaq halı qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə