AMEA Neft-Kimya Prosesləri İnstitutunun direktoru akademik Vaqif Abbasov, direktor müavini texnika üzrə fəlsəfə doktoru Təranə Məmmədova, böyük elmi işçi Natalya Andryuşenko, elmi işçi Nadirə Həsənxanovanın və Luiziana Texniki Universitetinin əməkdaşları Yuri Lvov və Elşad Abdullayev ilə birlikdə "FUEL" jurnalında dərc olunmuş "Halloysite–Y-zeolite blends as novel mesoporous catalysts for the cracking of waste vegetable oils with vacuum gasoil" məqaləsi bərpa olunan enerji tədqiqatlar sırasında Bərpa olunan Enerji üzrə Qlobal İnnovasiyalar Cəmiyyəti tərəfindən açar məqalə kimi seçilmiş və həmin cəmiyyətin saytında yerləşdirilib. SİA-nın məlumatına görə, bərpa olunan Enerji üzrə Qlobal İnnovasiyaları Cəmiyyətinə hər il akademik auditoriya və istehsal elm işçiləri, habelə əsas akademiya institutları, həmçinin istehsal şirkətləri tərəfindən təqdim edilmiş işlərə nəzərdən keçirir.
Məqalələrin Bərpa olunan Qlobal Enerji İnnovasiyaları tərəfindən saytda yerləşdirilməsi geniş imkanlar yaradır. Bu qlobal mühitin yaradılmasında və Bərpa olunan Qlobal Enerji İnnovasiyaları sahəsində ilkin başlanğıc üçün olduqca vacib məsələdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB