İngilislər edam cəzasının bərpasını tələb edirlər

İngilislər edam cəzasının bərpasını tələb edirlər

İngiltərənin "Evening Standart" qəzetinin YouGov adlı araşdırma şirkəti ilə birgə keçirdiyi sorğu nəticəsində bəlli olub ki, paytaxt London sakinlərinin 49%-i terror hücumu təşkil edənlərə edam cəzasının verilməsini istəyirlər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, əhalinin böyük əksariyyəti İngiltərə Parlamentində qəbul edilən terrorla mübarizə qanunlarının təkrar nəzərdən keçirilməsini tələb ediblər. Londonun Şimali Enfield bölgəsinin millət vəkili Nick De Bois isə qeyd edib ki, Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində edam cəzasının geri qaytarılması mümkünsüzdür.

Nəzərinizə çatdıraq ki, YouGov araşdırma şirkətinin 19-21 yanvar tarixlərində keçirdiyi sorğuda paytaxt sakinlərinin 34 min nəfəri iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə