Futbola baxdıqlarına görə güllələndilər

Futbola baxdıqlarına görə güllələndilər

"İslam Dövləti" (İD) terror qruplaşması 13 yeniyetməni futbola baxdıqlarına görə edam edib. SİA xəbər verir ki, bu barədə "breaking 911" saytı bildirir. Belə ki, terrorçular həmin yeniyetmələri İraqın Mosul şəhərində Asiya Kuboku çərçivəsində İraq-İordaniya (1:0) oyununa baxdıqları zaman həbs edib.

"İD" ideoloqlarının fikrincə, idman yarışlarına baxmaq şəriətə görə günahdır və bunu edən cinayət məsuliyyəti daşıyır. Ona görə də bunu edən şəxslər edam olunmalıdırlar. "İslamçı" ekstremistlər 13 uşağı bu istiqamətdə günahlandıraraq, pulemyot atəşi ilə güllələyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə