ABŞ-ın kənd təsərrüfatı nazirliyinin qəbul etdiyi yeni qanunundan sonra, ölkə məktəblərinin menyusu dəyişdirilib. Bu qanunun qəbul edilməsində əsas günahkar kimi isə məhz ölkə prezidentinin arvadı Mişel Obama günahlandırılır.
SİA "hurriyyet"ə istinadən xəbər verir ki, qəbzləşmə və yeniyetmələrdə həddindən artıq kökəlmə problemi olduğunu iddia etdikdən sonra bu problemin həll olunması istiqamətində təşəbbüs irəli sürən Mişel Obama kənd təsərrüfatı nazirliyinə yeni qanunun qəbul edilməsini təklif edib. Onun təklifindən sonra, məktəb şagirdlərinə daha sağlam qida vermək üçün yeməklərin menyusunda dəyişikliklər edilib və porsiyalar azaldılıb. Ancaq şagirdlər porsiyası azaldılan və "sağlam hala gətirilən" məktəb yeməklərini həbsxana yeməklərinə bənzədiyini deyərək, prezident arvadını "topa tutublar". Artıq sosisal şəbəkələrdə Mişel Obamaya qarşı üsyan dalğasına start verilib. Məktəblilər etiraz əlaməti olaraq, "Thansk Michelle Obama" (Təşəkkürlər Mişel Obama) etiketlərini paylaşırlar.
Məsələn, şagirdlərdən biri günorta naharında qəhvə ətirli yağsız südlə qarğıdalı cipsi yeyə bilmədiyinə görə, ac qaldığını yazıb və buna görə günahkarın Mişel Obama olduğunu qeyd edib.
Başqa bir məktəbli isə yazıb ki, nə olduğu anlaşılmayan naharın şəklini Obamaya göndərib və sual edib ki, "bunun nə qədər yetərli olduğunu düşünə bilərsinizmi?"
Qeyd olunur ki, burada daha bir zərər mövcuddur. Belə ki, yeni qanuna görə verilən məktəb yeməkləri şagirdlər tərəfindən bəyənilmədiyinə görə, israfçılıq baş verir. Yeməklər yeyilmədən zibil qutularına atılır.
Maraqlıdır ki, Mişel Obama ona qarşı sosial şəbəkə üsyanı qaldıran şagirdlərə heç bir cavab yazmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB