Britaniya kəşfiyyatı nüfuzlu KİV-lərin serverlərini sındırdı QALMAQAL
"Britaniyanın xüsusi xidmət orqanları dünyanın aparıcı KİV-lərində çalışan jurnalistlər arasındakı yazışmaları ələ keçirib. SİA xəbər verir ki, bu barədə "The Guardian" yazıb.
Jurnaistlərə görə, Britaniya kəşfiyyatına məxsus "Hökumət əlaqələri mərkəzi" "BBC"-nin, "Reuters"-in, "The New York Times"in, "Le Monde"nin, "The Sun"un, "NBC"nin və "Washington Post"un serverlərini sındırmağa nail olub.
Çoxsaylı etirazlardan və aksiyalardan, eləcə də rəsmi müraciətlərdən sonra Britaniyanın milli kəşfiyyatı jurnalislər, siyasətçilər arasında xəfiyyə işləri apardığını etiraf etməli olub.
Qeyd olunur ki, artıq dünyanın bir çox aparıcı KİV-ləri həmin hadisəyə görə, ölkənin baş naziri Devid Kemerona etiraz məktubu göndərib və bu kimi halların aradan qaldırılması tələb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB