"Charlie Hebdo" olayından sonra Fransa prezidenti Fransua Ollandın reytinqi 21% artıb. Sosioloqlar isə bu amili belə izah edirlər ki, Olandın reytinqinin qısa zamanda bu qədər artması rekord göstəricidir. Lakin ekspertlər Olandın reytinqinin yenidən aşağı düşəcəyini bildirirlər. Belə ki, bu effekt "Charlie Hebdo" olayından sonra yaranmış emosional dalğanın yatmasından sonra yenidən qeyri-effektliklə əvəzlənəcək. Şünki ölkədə iqtisadi problemlr qalmaqda davam edir. Bu baxımdan, Ollandın ən yaxın izləyicisi və opponenti Marin Li Penin reytinqi stabil yüksək olaraq qalamqdadır.
SİA "France 24" telekanalına istinadən xəbər verir ki, məhz yanvarın 7-də Parisdə baş verən məlum terror hadisəsi nəticəsində Fransa prezidentinin reytinqi yüksəlib.
Fransanın ictimai rəy institunun (IFOP) apardığı sorğu nəticəsində hazırda ölkə rəhbərinin populyarlığı 40%-lik şkala üzərindədir. Prezidentin apardığı iqtisadi siyasətinə görə isə onu dəstəkləyənlərin faizi 24 üzərindədir. Bu, öncəki göstəricilərdən 7% çoxdur.
IFOR-un sorğusuna görə, Fransua Ollandın namizədliyini növbəti seçkilərdə Fransa əhalisinin 23%-i dəftəkləməyə hazırdır.
Xatırladaq ki, 2013-cü ildə aparılan sorğularda Fransa prezidentinin reytinqi 13%-i təşkil edirdi. Bu isə antirekord kimi qiymətləndirilmişdi. Buna səbəb siyasi və iqtisadi böhran göstərilmişdi. Məhz həmin ildəki sorğuda Fransa əhalisi Oland siyasətini ölkənin baş ağrısı kimi qiymətləndiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB