“Miss Livan”ın “Miss İsrail”lə selfisi başına bəla açdı

“Miss Livan”ın “Miss İsrail”lə selfisi başına bəla açdı

Dünya gözəllik yarışmasında "Miss Livan" və "Miss İsrail" gözəllərinin birgə selfiləri başlarına bəla açıb. SİA-nın məlumatına görə, "The Independent" yazır ki, insident Livan gözəli Sali Qreyc Sloveniya və Yaponiya gözəlləri ilə birgə selfi çəkdirərkən baş verib.

Livan gözəli hadisəni bu cür ifadə edib: "Mən "Miss Sloveniya" və "Miss Yaponiya" ilə birgə şəkil çəkdirirdim. Anidən "Miss İsrail" arxa tərəfdən selfiyə qatılaraq, fotoçəkilişə müdaxilə edib və sonradan onu "instagram"da paylaşıb və bu sözləi qeyd edib: "Çox təəssüf ki, sən heç olmasa üç həftəlik konkurs müddətində belə, aradakı düşmənçiliyi unuda bilmirsən".

Qeyd edək ki, Livan gözəli öz ölkəsinə geri döndüyü zaman konkursda baş verən insidentə görə qınaq obyektinə çevrilib. Livanlılar onun qəsdən İsrailli gözəllə selfi çəkdirdiyini iddia edirlər. Lakin "Miss Livan" ona qarşı irəli sürülən iddialara cavab olaraq deyib ki, konkurs dövründə o hər vəchlə İsrailli gözəllə birfə fotoobyektivə dşüməməyə çalışıb. "O dəfələrlə mənimlə şəkil çəkdirməyə can atıb. Lakin mən ondan qaçmışam" -deyə, Sali Qreyc bildirib.

Xatırladaq ki, Livan və İsrail texniki olaraq, müharibə vəziyyətində olan ölkələrdirlər. Baxmayaraq ki, onlar arasında 2006-cı ildən bu yana heç bir müharibə vəziyyəti yaşanmayıb.

Eyni zamanda, Livan vətəndaşları İsrailə telefon zəngi açmaqla, yaxud həmin ölkəyə səyahət etməklə, dərhal həbs oluna bilərlər. Livanda İsrailin istehsal etdiyi bütün növ məhsulların satışına qadağa qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə