Suriyanın Əl-Güneytr bölgəsində növbə çəkən Livanın Hizbullah qruplaşmasının üzvləri İsrailin helikopterlərdən açdığı raket zərbələri nəticəsində həlak olublar. SİA "ria.novosti"yə istinadən xəbər verir ki, insident barəsində "agence france-presse" məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə nəticəsində altı nəfər hizbullahçı öldürülüb. Hizbullah qruplaşması tərkibində həyatlarını itirənlər arasında komandirlər daxil olmaqla, iranlı hərbçilərin də olduğu qeyd edilib. Həmin komandirlərdən birinin isə general rütbəsi daşıdığı vurğulanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB