Dünyaca ünlü pop ulduzu Britni Spirsin ABŞ ordusunda pilot olaraq xidmət edən keçmiş sevgilisi Coy Syundeyl Əfqanıstanda fəaliyyət göstərən Taliban terror qruplaşmasının hücumu nəticəsində öldürülüb. SİA xəbər verir ki, bu barədə məlumat yayan "takvim.com.tr"in qeyd etdiyinə görə, Coy Syundeyl hərbi təyyarəni Kabil üzərində idarə edərkən, Taliban qruplaşmasının silahlıları onun təyyarəsini raket zərbəsi ilə vurub.
Qeyd edək ki, Coy Syundeyl və Britni Spris 2007-ci ildə "İsimsiz Alkoqoliklər" toplantısında tanış olaraq, qısa müddətli eşq macərası yaşayıblar. Məhz həmin dövrlərdə Britni öz müsahibələrində deyirdi ki, o, Syundala spirtli içki asılılığından qurtulması üçün yardımlar göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB