Vaxtilə həddi-büluğa çatmayanla cinsi əlaqədə ittiham olunan Britaniya kraliçası II Yelizavetanın oğlu şahzadə Endryu indi də rüşvət ittihamına tuş gəlib. SİA "takvim.com.tr"-yə istinadən xəbər verir ki, İngiltərə mətbuatı onun çoxsaylı hədiyyələr alması iddiası ilə yazılar dərc edir. Belə ki, onun 2014-cü ildə etdiyi xarici səfərlərdə aldığı hədiyyələrin siyahısı ictimailəşdirilib. Məsələn, "The Telegraph"-ın yazdığına görə, şahzadə Endryu ötən il ABŞ-a, Almaniyaya, Çinə, Türkiyəyə, Səudiyyə Ərəbistanına, Hindistana, Küveytə – ümumilikdə isə 15 ölkəyə səfərlər edib. Məhz həmin səfərləri çərçivəsində 107 adda hədiyyə şəxsən şahzadənin özünə təqdim edilib. Siyahıda göstərilir ki, o, Çin, Səudiyyə Ərəbistanı və Küveyt kimi ölkələrdən rüşvət olaraq hərbi təyyarə maketi, gümüş fil heykəli, Əl-Mürəba sarayının xüsusi hazırlanmış maketi, qızldan hazırlanmış portret çərçivəsi, və eyniadlı metaldan düzəldilmiş xurma qutusu alıb. Lakin buna baxmayaraq, İngiltərə KİV-i həmin hədiyyələri rüşvətalma kimi qiymətləndirməyib. Aparılan hesablamalar isə həmin həfiyyələrin dəyərinin bir milyon dollar fəyərində olduğunu göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB