ABŞ polisi yenə də zənciləri hədəfə aldı QALMAQAL-FOTO

ABŞ polisi yenə də zənciləri hədəfə aldı QALMAQAL-FOTO

ABŞ polisinin qaradərililərə qarşı aqressiyanın ardınca, bu ölkədə daha bir qalmaqal yaşanıb. SİA "takvim.com.tr"-yə istinadən xəbər verir ki, Florida ştatının Mayami şəhərindəki polislərə aid bir silah atıcılığı poliqonundakı hədəf löhvəsində qaradərili amerikalıların şəkilləri vurulub.

Belə ki, keçən ay poliqona atəş təlimi keçməyə gedən amerikalı polis çavuşu Valeri Dent öncə təlim löhvəsində zəncilərə aid sənəd üçün çəkilmiş və kseroks olunmuş şəkillərin vurulduğunu görüb. Məhz bundan sonra o, həmin löhvələrdəki hədəf şəkillərini ictimailəşdirib. Nəticədə ABŞ mətbuatında yeni qalmaqal yaşanmağa başlayıb.

Lakin polis şefi Skott Dennisin qalmaqalla bağlı verdiyi çaıqlaması vəziyyəti daha da gərginləşdirib. O, bildirib ki, hədəf löhvələrinə qaradərililərin şəkillərinin vurulması polislərin cinayətkarların sifətlərinin və üz cizgilərinin daha yaxşı yadda qalmasına kömək edir.

Bütün xəbərlər Facebook səhifəmizdə