Benzinin sudan ucuz olduğu ölkədə qida böhranı VENESUELA

Benzinin sudan ucuz olduğu ölkədə qida böhranı VENESUELA

Dünya bazarında neftin qiymətinin sürətlə düşməsi Venesuelaya ciddi təsirlərini göstərməyə başladıb. SİA "posta"ya istinadən xəbər verir ki, artıq bu ölkədə fəaliyyət göstərən marketlərdə əhaliyə satılan qida məhsulları talon vasitəsilə verilir. Məlumatda bildirilir ki, neftin qiymətinin 50 dollar civarından aşağı düşməsi ixracatının 95 % -nin məhz bu məhsuldan ibarət olan Venesuela hökumətini hərəkətə keçirib.

Venesuelanın nüfuzlu iş adamları mart ayına qədər market rəflərində qida məhsullarının qalmayacağı anonsunu verdikdən sonra, vətəndaşların həmin məhsulları almalarına məhdidiyyətlər qoyulmağa başlayıb. Belə ki, bununla bağlı rəsmi dövlət nümayəndələri vətəndaşlara ala biləcəkləri qida məhsullarının siyahılarını təqdim edirlər. Nəticədə marketlər qarşısında uzunluğu yüzlərlə metrlərə çatan quyruqlar yaranıb.

Alexander Anteliz adında bir vətəndaş isə deyir ki, əgər 20 növ qida məhsulu almaq istəsəniz, 20 ayrı-ayrı sıraya girmək lazımdır.

Ekspertlər yaşanan iqtisadi böhranı Uqo Çaves dönəmindən sonra ən kritik vəziyyət kimi qiymətləndiriblər. Artıq o da bildirilir ki, hazırkı dövlət başçısı Nikolas Çavesin reytinqi əhali arasında ciddi şəkildə düşməyə başlayıb.

Xatırladaq ki, Venesuelada benzinin qiyməti su qiymətindən ucuzdur.

Bütün xəbərlər Facebook səhifəmizdə