Hollandiya və Braziliya İndoneziyadakı səfirlərini geri çağırdı

Hollandiya və Braziliya İndoneziyadakı səfirlərini geri çağırdı

Hollandiya hökuməti Cakartadakı səfirini geri çağırıb. SİA "frans-press"ə istinadən xəbər verir ki, buna səbəb Hollandiya vətəndaşının edam edilməsi olub.

Qeyd edək ki, şənbə günü İndoneziya hökuməti altı nəfər üzərinə olan edam cəzasını tətbiq edib. Onlar kontrabanda və narkotik ittihamı ilə bu cəzaya məhkum edilmişdilər. Edam edilənlər arasında Hollandiya ilə yanaşı, İndoneziya, Malavi, Nigeriya, Byetnam və Braziliya vətəndaşları da olub.

"Qəddar və insanlıqdan uzaq olan bu cəza həm də insanlıq şərəfini, toxunulmazlığını rədd etmək anlamını daşıyır",-deyə agentlik Hollandiyanın xarici işlər naziri Berta Kendersin bəyanatını yayıb.0

Daha öncə isə digər ölkə - Braziliya İndoneziyadakı səfirini geri çağırmışdı. Braziliya prezidenti Dilma Russef bəyan etmişdi ki, onun dövləti bu qərardan məyus və hiddətlidir. Qeyd olunub ki, Braziliya vətəndaşının edam edilməsi iki ölkə arasındakı əlaqələrə zərbə vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə