"Hazrıda "İslam Dövləti" ilə əlaqədə olna 350 nəfər üzərində araşdırma işləri aparılır. Bu sübut edir ki, bizim terrorla mübarizə qanunumuz işlək vəziyyətdədir. Qanunun sərtləşdirilməsinə isə ehtiyac yoxdur". SİA "RIA novosti"yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın ədliyyə naziri Hayko Maas "Bild am Sonntag" nəşrinə müsahibəsində bildirib.
"Welt am Sonntag" nəşri isə yazır ki, islamçı qrupları şəbəkəsində 10 nəfərdən 80 nəfərə qədər üzv olur. "Müşahidə altında olanlar məhz internet vasitəsilə təbliğat aparanlar, terroru maliyyələşdirmək üçün vəsait toplayanlar və Suriyadan geri dönənlərdir. Mövcus vəziyyətdə onların hücum planları barədə məlumat yoxdur"-deyə nəşr yazır.
Digər məlumata görə isə, islamçıların izlənməsində çətinlik ondan ibarətdir ki, onlar "Facebook" və "Twitter" kimi sosial şəbəkələrdən çox az istifadə edirlər. Çünki həmin şəbəkələr vasitəsilə xüsusi xidmət orqanları onların tapılaraq müəyyənləşdirilmələrində çətinlik çəkmirlər.
"Bu baxımdan, terrorçular daha çox messencerlərvasitəsilə ünsiyyət qurmağa üstünlük verirlər. Belə ki, sürətli mesaj üsulundan istifadə olunarkən, xüsusi xidmətlər vaxtında fəaliyyətə keçə bilmirlər. Çünki hələlik messencerə dərhal çıxış hələ ki, yoxdur. Messencerlərdəki mesajları oxumaq üçün bizə mobil telefonların nömrələrinə çıxmaq lazım gəlir"-deyə Almaniyanın daha xüsusi xidmət rəsmisi adıçəkilən nəşrə bildirib.
Bu arada Almaniya polisi islamçıların sələfi qrupuna aid olan və Suriyada terror planlaşdıran liderinin ələ keçirildiyini bəyan edib. Mətbuatın verdiyi xəbərə görə, Berlində aparılan reyd zamanı polis daha bir radikal islamçını həbs etməyə nail olub. Utulan ikinci şəxsin isə Türkiyə vətəndaşı olduğu qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB