Yaponiya Yaxın Şərq ölkələrinə terrorla mübarizə və infrastrukturun inkişafı üçün 290 milyard yen (təqribən 2,5 milyard dollar) vəsait ayırmaq niyyətindədir. Bu barədə Misirdə rəsmi səfərdə olan Yaponiyanın Baş naziri Şinzo Abe bəyanat verib.
Yaponiyanın Baş naziri terrorla mübarizəyə xüsusi diqqət yetirib. Baş nazirin sözlərini sitat gətirən Kyodo informasiya agentliyi yazır: "Əgər terrorizm bütün Yaxın Şərqə yayılsa, bu, bütün dünyaya düzəlməsi mümkün olmayan zərər vuracaq".
Ş.Abe qeyd edib ki, rəsmi Tokio İraq və Suriya ərazisində fəaliyyət göstərən "İraq-Şam İslam Dövləti" (İŞİD) adlı ekstremist qruplaşma ilə mübarizə aparan dövlətlərə "qeyri-hərbi" yardım göstərməyə hazırdır.
Yaponiyanın Baş naziri hazırda Yaxın Şərq ölkələrinə səfərə çıxıb və Misiri, İordaniyanı, İsraili və Fələstini ziyarət edəcək.
Vüqar Ağayev, AzərTAc
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB