Əfsanəvi Amerika boksçusu Məhəmməd Əli müalicəsini davam etdirmək üçün xəstəxanaya qayıdıb. Associated Press informasiya agentliyi xəbər verir ki, bir həftə bundan qabaq xəstəxanadan çıxan 72 yaşlı Məhəmməd Əli yenidən hospitala qayıtmağa məcbur olub. O, dekabrın 21-də ağ ciyər soyuqlaması səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Nəticədə orqanizmində bir neçə infeksiya aşkarlanan idmançı yanvarın 7-də xəstəxanadan çıxsa da, vəziyyətinin yenidən pisləşdiyi deyilir.
Bir qədər əvvəl Məhəmməd Əlinin nümayəndəsi boksçunun tam sağaldığını, yanvarın 17-də ad gününü ailəsi və dostları arasında keçirəcəyini bildirmişdi.
Qeyd edək ki, dünya boksunun əfsanəsi 1984-cü ildən Parkinson xəstəliyindən əziyyət çəkir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB