NASA mütəxəssisləri ilk dəfə gələcəkdə Marsa uçuş üçün superağır raketlərdə istifadə ediləcək RS-25 mühərrikini ilk dəfə sınaqdan keçiriblər.
Alimlər bu mühərrikləri 500 saniyə müddətində işə salıblar və bu, Amerikanın Uçuşlar və Kosmik Fəzanın Tədqiqi üzrə Milli İdarəsinin mühəndislərinə idarəetmə bloku və mühərriklərdəki təzyiq haqqında müəyyən məlumatlar almağa imkan verib.
Bu, ilk "isti" testlər olub, növbəti testlər isə yazda- aprel ayında keçiriləcək.
Ümumilikdə ümumi müddəti 3500 saniyə olacaq 8 planlaşdırılmış test keçiriləcək.
Xatırladaq ki, NASA superağır raketləri üçün mühərriklərin hazırlanması ilə bağlı Boeing şirkəti ilə dəyəri 2,8 milyard dollar olan müqavilə imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB