Terrorçu hadisələrdən bir neçə gün əvvəl Madriddə olub

Terrorçu hadisələrdən bir neçə gün əvvəl Madriddə olub

İspaniya Milli Məhkəməsi bir neçə gün əvvəl Parisdə antiterror əməliyyatları zamanı öldürülmüş terrorçu Kulibalinin və onun həyat yoldaşının İspaniyadakı əlaqələrini araşdırmağa başlayıb.

Aşkar edilib ki, Parisdəki yəhudi dükanında alıcıları girov götürmüş, onlardan dördünü qətlə yetirmiş Kulibali və onun arvadı hadisələrdən təxminən bir neçə gün əvvəl Madriddə olublar. Madridin "Adolfo Suares" hava limanında terrorçunun 31 dekabrda ölkəyə girişi, 2 yanvarda isə çıxışı barədə qeyd var. Kulibali Madriddən İstanbula, ordan da Suriyaya uçub.

Hazırda terroristin bu ölkədəki telefon zəngləri barədə məlumat toplanır.

Bütün xəbərlər Facebook səhifəmizdə