Almaniyanın "Frankfurter Allgemeine Zeitung" qəzetində Yasper fon Altenbokumun "Uzun yol" sərlövhəli yazısı dərc edilib. Müəllif göstərir ki, ərəb dünyasındakı müharibə və münaqişələr Avropaya keçir, müsəlmanların əhval-ruhiyyəsinə və onların qalan əhaliyə münasibətinə təsir göstərir. Müəllif yazır: "Almaniya müsəlmanlarından gözləyirlər ki, onlar cəmiyyətə inteqrasiya edəcək, sosial işlərlə məşğul olacaq, etiqadlarının fundamental yozumlarından qətiyyətlə imtina edəcəklər, halbuki islam ilə onlar arasında sərhəd əsla aydın deyil, yayğındır. Bundan əlavə, təkcə Almaniya müsəlmanları deyil, bütün alman cəmiyyəti axtarışdadır. Elə Angela Merkelin təkrar etdiyi "İslam Almaniyanın bir hissəsidir" fikrini götürək. Bu, bir tərəfdən çeynənmiş həqiqətdir, digər tərəfdən mədəni inqilabdır. Hər şey tarixi inkişafdan asılıdır".
Y.Altenbokum daha sonra yazır: "Almanların və müsəlmanların birgə cəmiyyəti axtarışında bir növ vəziyyətdən çıxış yolu olan İslam konfransı sübuta yetirməlidir ki, kanslerin bu sitatında inşa edilən minarələrin hündürlüyü normalarından daha yüksək məna nəzərdə tutulur. Nə vaxtsa Almaniyada müsəlman xeyriyyə fondları, müsəlman bayramları, müsəlman qocalar evləri və bəlkə də müsəlman kəndləri yaranacaq. Bunu "islamlaşma" saymaq olarmı? Olarsa da, bunu heç də bütün Qərbə şamil etmək olmaz. Bunu təhlükə hesab etmək olarmı? Yox, bu, Almaniya Konstitusiyası prinsiplərinin real təcəssümüdür"./azertag.az/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB