"Donetsk ekoloji təhlükə astanasındadır. Belə ki, iki artilleriya mərmisi bu saatlarda vilayətin Verxne-Kalmiusk bölgəsində yerləşən filtrləşdirici stansiyanın xlor anbarına düşüb. Bu stansiya Donetskin su təminatını həyata keçirir". SİA xəbər verir ki, bu barədə "Voda Donbassa" kommunal təşkilatının mətbuat mərkəzindən bildirilir.
Qeyd olunur ki, xlorun kimyəvi birləşməsi insan sağlamlığına təhlükəlidir. Belə ki, xlorla zəhərlənmə nəticəsində insanların ciyər funksiyaları dayana bilər. Çünki xlorla yüksək konsentrasiya zamanı insan bir neçə dəqiqədə həyatını itirmək təhlükəsini yaşayır. "Kütləvi zəhərlənmələr rezervuarların qəzalı vəziyyətə düşməsi ilə baş verə bilər" -deyə, məlumatda bldirilir.
"Voda Donbassa" kommunal təşkilatı həmçinin bəyan edib ki, xlor anbarına iki mərminin düşərək partlaması Donetski ekoloji təhlükəyə doğru aparır və bunun insan itgiləri də daxil olmaqla, çox ciddi fəsadları baş qaldıra bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB