Ukrayna ordusu Donetsk aeroportunu tərk etməyib MÜNAQİŞƏ

Ukrayna ordusu Donetsk aeroportunu tərk etməyib MÜNAQİŞƏ

"Ukrayna hərbçiləri Donetsk hava limanında tutduqları mövqeni tərk etməyiblər və öz yerlərində qalmaqda davam edirlər". SİA-nın məlumatına görə, bu barədə ukraynalı hərbçilərin xüsusi əməliyyatlar üzrə rəsmisi, mətbuat mərkəzinin nümayəndəsi Leonid Matyuxin xəbər verib.

"Bu, doğru məlumat deyil. Bizim ordu gücləri əvvəlki tək öz mövqelərində dayandıqları kimi, bu gün də həmin mövqeləri saxlamaqdadırlar. Biz öz mövqelərimizi verməyəcəyik. Çünki Donetsk bizim torpaqdır" -deyə, Matyuxin bildirib.

Qeyd edək ki, bir müddət əvvəl qondarma "Donetsk Xalq Respublikası"nın ("DXR") nümayəndəsi Minskdə aparılan danışıqlarda deyib ki, "DXR"-na məxsus hərbi güclər Donetsk aeroportunda nəzarəti öz üzərlərinə götürüblər və Ukrayna ordusuna məxsus qüvvələrin böyük qismi oranı tərk edib. Yerdə qalanlar isə aeroportun kənarında zəif mövqe tutublar.

Bütün xəbərlər Facebook səhifəmizdə