Özbəkistanın prezidenti İslam Kərimov ölkədə keçiriləcək prezident seçkilərində yenidən dövlət başçısı postuna namizəd sürülüb. SİA xəbər verir ki, bu barədə Özbəskitanın Liberal Demokrat Partiyası məlumat yayıb. Seçkilər martın 29-da keçiriləcək.
"76 yaşlı İslam Kərimovun namizədliyi partiyanın qurultayında qəbul olunaraq, irəli sürülüb" -deyə, təşkilatdan bildirilib.
Qeyd edək ki, Özbəkistanda keçirilən ötən prezident seçkiləri 2007-ci ildə baş tutub. Həmin vaxt 1989-cu ildən Özbəkistana rəhbərlik edən İslam Kərimov növbəti dəfə 7 il müddətinə ölkə başçısı seçilib. Hazırda isə o yeni qəbul olunmuş qərara görə, 5 illik prezidentlik dövrü üçün seçkilərdə iştirak edəcək ilk namizəd kimi irəli sürülüb.
Özbəkistanın seçki qanunvericiliyinə görə, namizədlər seçkilərə 65 gün qalmış irəli sürülürlər və namizədliyin irəli sürülməsi 20 gündən artıq deyil. Eyni zamanda, həmin qanunvericiliyə əsasən, səsvermə hüququna malik 18 yaşlı vətəndaşlar seçkilərə iştirak edə bilərlər. Lakin azadlıqdan məhrum olunanlar və məhkəmənin qərarı ilə psixoloji pozuntuları olan vətəndaşlar seçkilərdə iştirak edə bilməzlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB