ABŞ britaniyalıdan şübhələnir

ABŞ britaniyalıdan şübhələnir

ABŞ-ın mərkəzi hərbi komandanlığına məxsus "twitter" mokrobloqunun sındırılmasında böyük ehtimalla britaniyalı şəxsin əlinin olduğu bildirilir. SİA-nın məlumatına görə, qərb mətbuatı rəsmi mənbələrə istinadən bu xəbəri yayıb. Belə ki, aparılan araşdırmalara görə, mokrobloqun sındırılmasında Böyük Britaniyanın vətəndaşı Cünaid Hüseynin əli var. Onun "İslam Dövləti" terror təşkilatına məxsus "Cyber Caliphate" qrupunun üzvü olduğu qeyd olunur.

Digər tərəfdən, Cünaid Hüseynin keçmiş baş nazir Toni Bleyerin personal poçtuna məxsus ünvan kitabını da sındırdığı, buna görə altı aylıq həbs cəzası aldığı əldə edilən məlumatlar sırasındadır.

Kəşfiyyat orqanları müəyyən ediblər ki, haker Brimingemdə yaşayır bə dəgələrlə Suriyaya səfərlər edib.

Qeyd edək ki, Pentaqon da ABŞ-ın mərkəzi hərbi komandanlığına məxsus "twitter" mokrobloqunun sındırılması barədə yayılan xəbərləri rəsmən təsdiq etmişdi. Hakerlər sözügedən mikrobloqda amerikalı hərbçilərə qarşı ekstremizm mənşəli təbliğat şüarları və təhdidlər yerləşdirirblər.

Bütün xəbərlər Facebook səhifəmizdə