Özbəkistanda yeni formalaşdırılan Ali Məclisin Qanunvericilik Palatasının birinci iclası keçirilib. İlk sessiyada Özbəkistan Prezidenti İslam Kərimov, Hökumətin üzvləri, jurnalistlər iştirak ediblər.
İclas Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdusalamovun sədrliyi ilə keçirilib. O deyib ki, Ali Məclisə Sahibkarlar və İşgüzar Adamlar Hərəkatı - Liberal-Demokratik Partiyasından 52, "Milli Dirçəliş" Demokratik Partiyasından 36, Özbəkistan Xalq-Demokratik Partiyasından 27, "Ədalət" Sosial Demokrat Partiyasından 20 deputat seçilib. Daha 15 deputat isə Özbəkistan Ekoloji Hərəkatının konfransında gizli səsvermə yolu ilə seçilib.
Prezident İslam Kərimov yeni seçilən deputatları təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Sessiyada Ağsaqqallar Şurasının təklifi ilə Nuriddinjon İsmayılıov Ali Məclisin sədri, Sadıkjon Turdiyev, Sərvər Atamuratov, Xatamjon Ketmanov, Nariman Umarov və Boriy Alixanov sədrin müavinləri seçilib. Deputatlar Ali Məclis komitələrinin sədrlərini də təsdiq ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB