İsveç hökuməti öz hərbi mütəxəssislərini İraqa göndərmək niyyətini açıqlayıb. Hərbçilərin əsas vəzifəsi İraqda özünü "İraq və Şam İslam Dövləti" adlandıran terrorçu qruplaşmaya qarşı döyüşən əsgərlərə hərbi təlim keçmək olacaq. Bu fikri İsveçin xarici işlər naziri Marqot Valström səsləndirib.
M.Valströmün sözlərinə görə, söhbət irimiqyaslı hərbi kontingentin göndərilməsindən getmir. İraqa hərbi məsləhətçilər qrupu göndəriləcək. Onlar İraqın özünümüdafiə qüvvələrinə təlim keçəcək və təcrübələrini paylaşacaqlar. Bunun üçün indiki mərhələdə hökumətin qərarı İsveç parlamentində - Rikstaqda bəyənilməlidir.
Qeyd edək ki, İsveç bu məsələlərlə bağlı fəaliyyətini Finlandiya ilə əlaqələndirir. Çox güman, bu, iki ölkənin birgə hərbi əməliyyatı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB