Çin Xalq Respublikasının dövlət təhlükəsizlik nazirinin müavini Ma Tszyan korrupsiya şübhəsi ilə saxlanılıb. İstintaqa, həmçinin nüfuzlu məmurun bir sıra qohumlarının da cəlb olunduğu bildirilir. TASS informasiya agentliyi xəbər verir ki, South China Morning Post qəzeti 30 ildən çox nazirlikdə işləyən məmurun Pekin universitetinin bazasında yaradılan Founder Group texnoloji kompaniyanın fəaliyyəti ilə əlaqədar aparılan istintaq işi üzrə saxlanıldığını güman edir. İri konqlomeratın rəhbərliyi təhlükəsizlik nazirinin müavininin qohumlarının da cəlb olunduğu maliyyə fırıldaqçılığında şübhəli bilinir.
Ma Tszyan Siyasi büronun daimi komitəsinin keçmiş üzvü və keçmiş ictimai təhlükəsizlik nazirindən sonra vəzifədən çıxarılmış ən nüfuzlu güc strukturu məmurudur.
Qeyd edək ki, Çində korrupsiya əleyhinə miqyaslı kampaniya hakimiyyətə hazırkı ölkə rəhbəri Si Tszinpin gəlişindən sonra başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB