Donetsk separatçısı: "Ukrayna ordusu hər an güclü hücum edə bilər" MÜHARİBƏ

Donetsk separatçısı: "Ukrayna ordusu hər an güclü hücum edə bilər" MÜHARİBƏ

Qondarma "Donetsk Xalq Respublikası"nın ("DXR") "hökumət" rəsmisi Puşilin bəyan edib ki, bu saatlarda Ukrayna ordusunun atəş xətti zonasında çoxsaylı dislokasiyası müşçahidə olunur. Bu baxımdan, Ukrayna ordusu hər an güclü hücum edə bilər.

"Biz bunu ukraynalıların sayından da müşahidə edirik"-deyə "DXR" təmsilçisi bildirib.

Lakin separatçılar daha çox Ukraynanın milli qvardiyasına məxsus xüsusi "Siç" batolyonundan çəkindiklərini etiraf ediblər. Puşilin bununla bağlı deyib ki, onlar hazırda Peskax tərəflərdə (Donetskin şəhərətrafı bölgəsi) toplaşıblar. "Onlar bizi açdıqları davamlı atəşləri nəticəsində təxribata çəkirlər. Batalyonun komandiri isə bizə çatdırıb ki, onlar Kiyevin "DXR"-lə əldə etdiyi atəşkəsi tanımırlar və bu razılaşmaya əməl etməyəcəklər"-deyə separatçıların rəsmisi bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə