İstambulun Sultanəhməd meydanında terror aktı törətməkdə ittiham edilən şəxslər məhkəməyə aparılıblar. SİA xəbər verir ki, bu barədə ölkənin "anadolu" agentliyi məlumat yayıb. Əldə edilən informasiyalara görə, onların arasında üç xarici vətəndaş da var. Lakin həmin əcnəbilərin hansı ölkələrin vətəndaşları olması barədə dəqiq bilgi verilməyib.
Qeyd edək ki, terror aktı ötən həftənin çərşənbə axşamı İstanbulun mərkəzindəki polis idarəsində törədilib. Belə ki, kamikadze qadın idarəyə daxil olaraq, üzərində olan bombanı partladıb. Terror aktı nəticəsində iki polis müxtəlif bədən xəsarətləri almışdı. Onlardan biri daha sonra xəstəxanada dünyasını dəyişib.
Kamikadze qadın polis idarəsinə daxil olmaq üçün binanın girişində polis nəfərinə bildirib ki, şəxsi əşyasını itirib. Nəticədə onun içəriyə daxil olmasında heç bir əngəl baş verməyib.
Türkiyə KİV-i isə yazıb ki, terror aktını törədən qadın Rusiya Federasiyasının vətəndaşı – Diana Ramazovadır. Lakin bu iddialara baxmayaraq, nə rəsmi Ankara, nə də Rusiyanın Türkiyədəki səfirliyi bu məlumatın doğruluğunu təsdiq etməyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB