Prezident: “Dövlət çevrilişinə cəhd etməmişəm”

Prezident: “Dövlət çevrilişinə cəhd etməmişəm”

Şri-Lankanın keçmiş prezidenti Mahinda Racapaksa növbəti prezident seçkilərindəki məğlubiyyətindən sonra hakimiyyəti əlində saxlamaq üçün dövlət çevrilişi etmək cəhdi ətrafında qaldırılan iddiaları rədd edib. SİA xəbər verir ki, o bu barədə rəsmi "twitter" səhifəsində yazıb. "Mənə qarşı qaldırılan bütün ittihamları rədd edirəm. Mən seçkilərin nəticələri bəlli olduqdan sonra silahlı qüvvələri seçki nəticələrinə təsir etmək üçün istifadə etmək qərarı barədə qətiyyən düşünməmişəm. Seçkilərin nəticələrini də tqm şəkildə qəbul edirəm" -deyə, Şri Lankanın artıq keçmiş prezidenti deyib.

Qeyd edək ki, bundan öncə, ölkənin yeni hökumətinin rəsmi nümayəndəsi Manqala Samaravira bəyan etmişdi ki, onlar Racapaksanın seçkilərdən sonra dövlət çevrilişi etmək cəhdi və qeyri-qanuni şəkildə hakimiyyətdə qalmaq istəyi ətrafında qaldırılan iddiaları araşdıracaqlar.

Yeni hakimiyyətin nümayəndəsi onu da bildirib ki, eks-prezident yalnız polisin və silahlı qüvvələrin rəsiləri onun dövlət çevrilişi etmək planlarına razılıq verməmələrindən sonra istefaya getmək məcburiyyətində qalıb.

Xatırladaq ki, yanvarın 8-də Şri-Lankada keçirilən prezident seçkilərində keçmiş səhiyyə naziri və müxalifət liderlərindən biri olan Maytripala Sirisena qalib gəlib. MSK-nın məlumatına görə, o, səslərin 51,28%-nə sahib olub. Mahinda Racapaksa isə 47,58 % səs toplamaqla rəqibinə məğlub olub. Bu baxımdan, o özünə qarşı qaldırılan iddialara rəğmən, bəyan edir ki, səsvermələrin nəticələri bəlli olana qədər artıq öz məğlubiyyətini etiraf edib.

Bütün xəbərlər Facebook səhifəmizdə