Pakistanda növbəti edam cəzası həyata keçirilib. SİA xəbər verir ki, "davn" nəşrinin yazdığına görə, nəticədə yeddi nəfər dar ağacından asılmaqla həyatdan məhrum olunub.
Nəşrdə edam olunanların ümumi sayının 17 nəfərə çatdığı bildirilib.
Xatırladaq ki, dekabrın 16-da "Taliban" qruplaşmasının üzvləri məktəbə hücum edərək, 149 nəfəri qətlə yetirib. Ölənlərdən 132 nəfəri uşaq olub.
Bu faciədən sonra ölkədə ölüm hökmünə qoyulmuş moratorium aradan qaldırılıb və edam cəzası bərpa olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB