Obama ABŞ-ın Fələstini suveren ölkə kimi tanımadığıı təsdiq etdi

Obama ABŞ-ın Fələstini suveren ölkə kimi tanımadığıı təsdiq etdi

ABŞ hesab edir ki, Fələstin suveren ölkə olmadığına görə, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) iştirakçısı ola bilməz. SİA-nın məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti xəbər verib. Xəbərdə qeyd olunur ki, prezident Barak Obama İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı apardığı zaman bu sözləri deyib.

"Prezident Obama vurğulayıb ki, ABŞ-ın qənaətinə görə, Fələstinin BCM-nə qoşulması irəli atılan konstruktiv addım kimi qiymətləndirilə bilməz" -deyə, mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, ABŞ administrasiyası əvvəlki tək fələstinlilərlə israillilər arasında inamı itirə biləcək addımlara qarşıdır və hər iki tərəfi gərginliyi aradan qaldırmağa çağırır.

Qeyd edək ki, amerikalı rəsmilər daha öncələr də bəyan edirdilər ki, Fələstinin BCM-nə qəbul olunması onun İsraillə olan münasibətlərinə, o cümlədən Yaxın Şərqə daha dərin zərbələr vura bilər. Bu isə fələstinlilərin İasrailə qarşı hərbi cinayətlərə görə ittiham etmələrinə şərait yaradır. Lakin buna baxmayaraq, cari ilin 1 aprel tarixində Fələstinin BCM-nə tamhüquqlu üzv kimi qəbul olunacağı gözlənilir.

Bunu bir müddət öncə BMT-nin baş katibi Pan Gi Mun da təsdiq edib. Mataqlıdır ki, ABŞ bu məhkəmə qurumunda iştirak etmir. Bu ölkə hesab edir ki, belə məhkəmə sistemi ABŞ-ın suverenitetliyini pozur.

Qeyd edək ki, Fələstinin lideri Mahmud Abbas BMT TŞ-na İsrailin işğal olunmuş torpaqlardan çıxması barədə qəbul olunmuş qətnamənin geri qəbul olunması barədə qərar verdiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə