Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Fransada törədilən terror aktlarından sonra ölkədə təhlükəsizlik tədbirləri gücləndirilir. Əhalinin daha çox sıx olduğu ictimai yerlərdə, nəqliyyatda, muzeylərdə, vağzallarda asayiş keşikçilərinin sayı xeyli artırılıb.

Yanvarın 12-dən etibarən bütün ölkə ərazisində təhlükəsizliyi təmin etmək üçün 7400 polis və jandarm ayrılıb. Yaxın vaxtlarda onların sayının 10 min nəfərə çatdırılacağı bildirilib.

Fransanın müdafiə naziri Jan-İv Le Drian təhlükəsizliyin təmin edilməsinə hərbçilərin də cəlb olunacağını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə