Mozambikdə keçirilən dəfn mərasimində pombe pivəsindən kütləvi zəhərlənmə baş verib. SİA-nın verdiyi məlumata görə, hadisə Tete vilayətində baş verib. Belə ki, ötən gün dəfn mərasimində iştirak edən ziyarətçilər evdə hazırlanmış pivədən dadıblar. Nəticədə 69 nəfər içkidən zəhərlənərək, həyatlarını itiriblər. "associated press"in yazdığına görə isə, ümumilikdə xəstəxanaya 196 nəfərin aparıldığı bildirilir. Yerli hakimiyyət isə apardığı araşdırmalardan sonra belə qənaətə gəlib ki, pivəyə hansısa yolla timsah ödünün suyu qatılıb. Lakin onun pivəyə necə düşməsi barədə xəbərlər dəqiqləşdirilmir.
Qeyd edək ki, pombe pivəsi Mozambikdə məşhur içkilərdən sayılır və onu taxıldan, ya da qarğıdalı unundan hazırlayırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB