Ruslar Aya köçür

Rusiyada fəaliyyət göstərən "Lin Industrial" şirkəti 2030-ci ildə reallaşacaq Ay ilə bağlı proqramlarını açıqlayıb. SİA-nın məlumatına görə, 9.4 milyard dollarlıq layihə çərçivəsində Ayda stansiya qurulacaq və insan üçün fərqli bir həyat mühiti yaradılacaq.

Qeyd edək ki, adı çəkilən şirkət daha əvvəl ən yüngül raketlərdən birini hazırlayaraq məşhurlaşmışdı. Ancaq şirkətin Ay ilə bağlı olan planı olduqca qeyri-adi görünür. Bu planın içində, 2020-ci ildə Beynəlxalq Kosmos Stansiyasının fəaliyyətlərinin bitməsi ilə bağlı proqnozlar da var. Bu isə onu deməyə əsas verir ki, Rusiya kosmos araşdırmalarında üstünlüyü ələ keçirmək istəyir. Layihənin digər səbəbi isə dünyada sürətlə tükənən resurslarla bağlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə