Xorvatiyada prezident seçkilərinin ikinci turu keçirilir. Dövlət başçısı postu uğrunda hazırkı Prezident, Sosial-Demokrat Partiyasının üzvü İvo Yosipoviç və Xorvatiya Demokratiya Birliyi Partiyasının nümayəndəsi, sabiq xarici işlər naziri xanım Kolinda Qrabar-Kitaroviç mübarizə aparırlar. Seçkilərin birinci turunda namizədlərdən heç biri seçicilərin səslərinin 50 faizindən çoxunu toplaya bilməmişdi.
Yerli müşahidəçilərin fikrincə, xanım Kolinda Qrabar-Kitaroviçin qələbə qazanmaq və Xorvatiya tarixində birinci qadın prezident olmaq şansı daha çoxdur.
Xatırladaq ki, bu, 1991-ci ildə müstəqilliyini elan etmiş Xorvatiyanın tarixində altıncı, ölkənin Avropa İttifaqına daxil olmasından sonra isə birinci prezident seçkiləridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB