Sərnişin avtobusu ilə yanacaq daşıyan maşın toqquşdu 47 adam həlak oldu
Pakistan polisinin yaydığı məlumata görə, ötən gecə Kəraçi şəhərinə gedən sərnişin avtobusu yanacaq daşıyan maşınla toqquşub. Məlumatda deyilir ki, hər iki maşın aşaraq yanıb. Qəza nəticəsində azı 47 adam həlak olub və 10-dan artıq sərnişin ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həlak olanların içərisində qadın və uşaqların da olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB