Terrorçu Həyatın yeni fotosu yayıldı

Terrorçu Həyatın yeni fotosu yayıldı

Fransadakı terorr aktında iştirak edən qadın terrorçu Həyat Bumedyenin yeni fotosu mediada ictimailəşdirilib. SİA fransız mətbuatına istinadən xəbər verir ki, həmin fotoşəkildə terrorçu Həyat əlində arbolet və Quran kitabı tutaraq, atəş açır. Terror hadisəsindən sonra aradan çıxmağı bacaran Həyat Bumedyen hazırda axtarışdadır. Franse 2 telekanalın verdiyi məlumata görə, polis onun silahlı və təhlükəli olduğunu bildirib.

Fransalı jurnalistlər isə terrorçu Həyatın həyatını araşdırıblar. Bumedyen Vilye-sür-Marn kvrartalında böyüyüb və digər həmyaşıdlarından seçilməyib. Bunu terrorçunun sinif yoldaşı və rəfiqəsi olmuş bir qadın deyib. "Onunla heç bir problem yaşanmırdı. Sadə, sakit qız idi"-deyə həmin qadın bildirib.

Bumedyen terror aktı həyata keçirərkən öldürülmüş sevgilisi Amedi Kulibali ilə 6 il birlikdə yaşayıb. Onlar yaşadıqları yerlərdə qonçularla təmasdan yayınıblar. 2009-cu ildə isə şəriət qanunu ilə nigaha daxil olublar. Məəhz bundan sonra Həyat Bumedyen radikal islamçılıq yolunu tutmağa başlayıb. Onu tanıyanlar deyirlər ki, həmin zamandan başlayaraq, o tam qara örtükdə və əlində Quranla görünməyə başlayıb. O, əri Amedi Kulibali ilə tez-tez Kantal vilayətinə gedərək, digər radikal islamçı dostları olan Cəlal Beqalın qonağı olublar. Məhz həmin vaxtlar qadın terrorçunun silahla davranmaq qaydalarını öyrəndiyi bildirilir. Onun arbaletdən açdığı atəş vaxtı çəkilən fotosu da həmin dövrlərə aiddir.

Onun barəsində yazan jurnalistlər sual edirlər ki, supermarketdəki girovlar azad edilərkən, o haraya yoxa çıxıb? Çünki onu nə ölülər, nə də dirilər arasında tapan olmayıb. Eyni zamanda onun ölkə ərazisini tərk edərək, digər xarici ölkələrin birində gizləndiyi ehtimal olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə