Alman qəzetinə də hücum oldu TƏHDİD

Məhəmməd peyğəmbərin karikaturasını dərc etdiyinə görə
Alman qəzetinə də hücum oldu TƏHDİD

Almaniyada nəşr olunan "Hamburger Morgenpost" qəzetinə hücum olunub. SİA xarici mətbuata istinadən xəbər verir ki, hücumun səbəbi qəzetdə Məhəmməd peyğmbərin karikaturasının dərc olunmasıdır. Bu barədə xəbər saytlarına alman polisi məlumat verib. Belə ki, bu gün səhər saatlarında müəyyən edilməmiş şəxslər redaksiyanın alt mərtəbəsinə daş və yandırıcı kokteyllər atıblar. Nəticədə yanğın baş verib. Dərhal yanğına müdaxilə olunub və onun qarşısı zamanında alınıb. Xəsarət alanlar barədə məlumat verilmir.

Bu arada Almaniyanın "Bild" nəşri də yazıb ki, amerika kəşfiyyatı Paris terror aktının Avropadakı başlanğıcı hesab ediləcəyini istisna etmir. Belə ki, ABŞ-ın milli təhlükəsizlik agentliyi cihadçı qrupların danışıqlarını əldə edə bilib. Məlum olub ki, Fransadakı terror Avropada başlanğıc nöqtəsini qoyub və digər ölkələrə də sıçrayacaq.

Xatırladaq ki, "Əl Qaidə" də bu barədə bəyanat yayıb. Belə ki, terror təşkilatının Yəmən üzrə rəhbəri Şeyx Haris ən Nəzri deyib ki, əgər kimsə Allaha və onun peyğmbərinə qarşı mübarizə aparırsa, onun həyatı təhlükəsiz olmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə