İspaniyanın paytaxtı Madriddə "Nuevos Ministerios" metro stansiyasında həyəcanlı dəqiqələr yaşanıb. SİA-nın məlumatına görə, stansiyada şübhəli bir paketin olduğunu görən ispan polisi həyəcan siqnalı ilə stansiyadakı sərnişinləri dərhal evakuasiya edib. Polisin araşdırmasından sonra paketin içində bomba olmadığı açıqlanıb və stansiya yenidən sərnişinlərin istifadəsinə verilib.
İspaniya mətbuatında geniş yer alan bu xəbər ispan xalqına həyəcanlı anlar yaşadıb. Çünki, adətən bu kimi hadisələr ispan xalqı içərisində böyük sarsıntıların yaranmasına səbəb olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB