Fransa polisi Parisin şərqində və paytaxtdan 40 kilometr şimalda yerləşən Dammarten-an-Qoel şəhərində girovların azad edilməsi üçün eyni zamanda iki əməliyyat həyata keçirir. TASS informasiya agentliyi xəbər verir ki, avtomatla silahlanmış şəxsin iki nəfəri öldürdüyü, beş və ya altı nəfəri girov götürdüyü Parisin Vincennes darvazası yaxınlığında yerləşən mağazanın mühasirəsinə yeni jandarm bölmələri cəlb olunub.
Polis nümayəndəsinin sözlərinə görə, mağazaya yanvarın 8-də Monruj şəhərində 26 yaşlı qadın polisi qətlə yetirən şəxs basqın edib. Telekanallar bu cinayətdə şübhəli bilinən 32 yaşlı qaradərili Amedi Kulibali adlı kişinin və bu işdə ona kömək edən rəfiqəsi 27 yaşlı ərəb əsilli Həyat Bumedyen adlı qadının şəkillərini yayımlayıblar.
Vincennes darvazası ətrafındakı məhəllənin bütünlüklə mühasirəyə alındığı və Fransanın daxili işlər naziri Bernar Kaznevin hadisə yerinə gəldiyi bildirilir.
Dammarten-an-Qoel şəhərində keçirilən əməliyyata cəlb olunmuş xüsusi təyinatlı polis bölmələri isə Charlie Hebdo redaksiyasına basqın edərək 10 jurnalisti və 2 polisi qətlə yetirən Şərif və Səid Kuaşi qardaşlarının gizləndiyi mətbəə binasını mühasirəyə alıblar. Binaya hücum başlayıb.
Son dəqiqə
Rusiyanın NTV telekanalının bir neçə dəqiqə əvvəl yaydığı məlumata görə, mağazada yeddi partlayış səsi eşidilib. Telekanal Kuaşi qardaşlarının öldürüldüyünü də bildirir. Bu məlumat hələlik rəsmən təsdiqlənməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB