Adıyaman vilayətinin Kahta rayonu ilə Şanlıurfa vilayətinin Siverek rayonunu bir-birinə bağlayacaq yeni inşa edilən Türkiyənin üçüncü böyük asma körpüsünə "Rəcəb Tayyib Ərdoğan" adının verilməsini düşünürük. Türkiyə KİV-ləri xəbər verir ki, bu sözləri Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Lütfi Əlvan körpüdə görülən işlərlə tanış olduqdan sonra jurnalistlərə müsahibəsində deyib.
Ərazidə yaşayan vətəndaşlarla körpünün adı ilə bağlı müzakirələr apardığını vurğulayan L.Elvan qeyd edib ki, körpünün keçdiyi ərazidə yaşayan insanlar ona Türkiyə Respublikasının prezidentinin adının verilməsini istəyirlər.
L.Elvan deyib ki, vətəndaşlarımızın istəyini Türkiyə Prezidentinə çatdıracağam. Əgər onun razılığı olarsa, o zaman körpüyə "Rəcəb Tayyib Ərdoğan" adı verilə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB